Ölkə futbolu
Vitali Borisov: “Hamının şansı bərabərdi”
Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərind…
Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının təcrübəli oyunçu Vitali Borisovun iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib. Sportlife.az xəbər verir ki, o, bunları söyləyib%
"Komandanın məşqlərinə 3 gün əvvəl qoşulmuşam. Maraqlı qrupumuz var. İspaniya və Fransa kimi komandalarla qarşılaşacağıq. Avropa çempionatında zəif rəqib olmur. Fransa millisi ilk dəfə bu cür yarışda iştirak etmək hüququ qazansa da, play-offda Xorvatiya kimi komandanı mübarizədən kənarlaşdırıb. Qrupumuzdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var. Hər şey oyunlar zamanı məlum olacaq. Hər bir komanda uda və ya uduza, bir-birindən xal ala bilər”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq