Ölkə futbolu
“Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciə qurbanl…
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciə qurbanlarının xatirəsi yad edilir.
Futbolinfo.az xəbər verir ki, bununla əlaqədar “Keşlə” klubunun əməkdaşları, əsas komandanın məşqçi heyəti və futbolçuları, həmçinin klubun Uşaq-Gənclər Futbol Məktəbinin məşqçiləri Şəhidlər Xiyabanını ziyarət ediblər. Klub nümayəndələri şəhidlərin məzarı önünə gül dəstələri qoyublar və "Əbədi məşəl" abidə kompleksinin önündə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.