Dünya futbolu
Türkiyə Kubokunda 1/4 finalın püşkü atıldı
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin p&…
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, püşk nəticəsində 1/4 finala vəsiqə qazanmış kollektivlər aşağıdakı cütlüklərə bölünüblər:
Konyaspor – Qalatasaray
Akhisarspor – Kayserispor
Beşiktaş – Gənclərbirliyi
Girəsunspor – Fənərbaxça
Bu komandalar yarımfinala vəsiqəni ev-səfər prinsipi ilə keçiriləcək iki oyunda müəyyənləşdirəcəklər. İlk oyunlar yanvarın 30-31-də və fevralın 1-də, cavab qarşılaşmaları isə ondan bir həftə sonra keçiriləcək.