Ölkə futbolu
11-ci gündə daha 2 məşq
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam e…
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.
Futbolinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 11-ci günü tək məşqlə tamamlayıb. Hazırlıq yerli vaxtla saat 17:30-da start götürüb və 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından futbolçular fiziki çalışmalarla davam edib. Hazırlıq toplu çalışmalarla yekunlaşıb.
Qeyd edək ki, komanda sabah ikinci yoxlama oyununda Polşanın "Lexiya" klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.