Ölkə futbolu
“Qarabağ” Polşa klubu ilə də bərabərə qaldı – VİDEO
Mövsümün qalan hissəsinə hazırlığı Antalyada dava…
Mövsümün qalan hissəsinə hazırlığı Antalyada davam etdirən “Qarabağ” bu gün toplanış çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Lexiya” (Qdansk) klubu ilə qarşılaşıb. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Ağdam klubu matçın sonlarında buraxdığı qolla qələbəni əldən verib.
Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə etmişdi.
Yoxlama oyunu
20 yanvar
Qarabağ – Lexiya 1:1
Qol: Dani Kintana, 58.
"Qarabağ": 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerrye, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Pedro Enrike, 99. Dani Kintana, 44. Ağabala Ramazanov.