Ölkə futbolu
“Səbail” də Antalyaya getdi
Topaz Premyer Liqasının debütantı “Səbail” təlim…
Topaz Premyer Liqasının debütantı “Səbail” təlim-məşq toplanışı məqsədilə Türkiyəyə yollanıb.
Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin komandası bu gün Bakı-İstanbul-Antalya hava reysi ilə qardaş ölkəyə gedib.
Qeyd edək ki, "Səbail" Antalyada 2 həftə hazırlıq keçəcək. Bu müddət ərzində paytaxt təmsilçisi 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən üçü məlumdu. Komanda yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq.
Azərbaycan klublarından daha öncə “Qəbələ”, “Qarabağ”, “Neftçi” və “Kəpəz” klubları, eləcə də divizion təmsilçisi "Xəzər" Antalyaya yollanmışdı. “Sumqayıt”, “Keşlə” və “Zirə” də qardaş ölkəyə gedəcək.