Bizi izləyin

Premyer-liqa

“Sumqayıt”ın “saqqallı uşaqları”

Bakıya yaxın olan, amma bu yaxınlıqdan "bir qram"da fayd…

blank
Bakıya yaxın olan, amma bu yaxınlıqdan "bir qram"da fayda götürməyən Sumqayıt adlı şəhərin eyniadlı komandasından danışsaq, nə dərəcədə sizi "feyziyab edərik"? Elitada oynadığı dönəmdən bəri yalnız vaxt keçirən və rəqiblərinin qapazaltısı olan "gənclik şəhəri"nin təmsilçisi belə desək, yaşamaqla yox, sürünməklə məşğuldu.
 
Hazırda bu komanda sadəcə, elitada "xala xətrin qalmasın" deyə oynayır. Əslində, "Sumqayıt" AFFA-nın "bu şəhərdə komanda var" adlı layihəsinin boyat versiyasından başqa bir şey deyil. 2011/12 mövsümündə birinci dəstə komandalarının lisenziya ala bilməməsinə görə premyer-liqaya "dürtülən" "Sumqayıt" elə ovaxtdan ayaq altda qalmaqla ad çıxardı.
 
Almaniyadan Bernard Raabı "qul" kimi gətirib işlətsələr də, alman mütəxəssis elitada Spartak üsyanı qaldıra bilmədi. Hətta "Sumqayıt" ilk elitaya yüksəldiyi mövsümdə sonuncu pilləni tutmaqla da "göz oxşadı". Sadəcə, AFFA-nın baş katibi Elxan Məmmədovun sevimli komandası yenə də birinci dəstə təmsilçilərinin lisenziya ala bilməməsinə görə elitada öz yerini qorudu. Ötən mövsüm isə "Sumqayıt" belə desək, "cırmaq-cırmaq" elitadakı yerini qorudu. Sadəcə, Raabın komandasının bəxti "Kəpəz" və "Turan"ın acınacaqlı vəziyyətdə olmasına görə gətirdi. Yoxsa, "Neftçi"yə 1:8 hesabıyla darmadağın olunan komandadan necə ağzıdolusu danışasan?
 
Məsələ ondadı ki, komandanın bu gedişlə perspektiv vəd etmədiyini görən idman müəllimi Raab "nemesliyinə" sığışdırmayaraq Sumqayıtı tərk etdi.
 
Yox, Raaba "qınından çıxıb qınını bəyənmədi" damğasını da vurmaq olmazdı. Sən dahi məşqçi olmasan da, qapaz altında qalmağa da məhkum deyilsən. Tük üstündə gəzmək heç vaxt qəhrəmanlıq sayıla bilməz. Ona görə də Raabı yola salıb yerli mütəxəssis axtarışına çıxan "Sumqayıt" rəhbərliyi seçimi Aqil Məmmədov üzərində etdi. Belə baxanda bu sövdələşmə hər iki tərəf üçün sərfəli oldu. Məmmədov "dəlləkliyi yetimin başında öyrənməli" olduğu halda, "Sumqayıt" rəhbərliyi də ucuz ətdən şorba hazırlamağın bu gün üçün daha münasib olduğunu dərk etdi. Amma görünən odu ki, komanda çempionata qismən uğurlu başlasa da, yanacaq tez qurtardı. Turlar ötdükcə aydın oldu ki, "Xəzər Lənkəran"la heç-heçə və "Qəbələ" üzərində qələbə təsadüf də olmasa, zərurət də deyildi. Oradan-buradan lazımsız oyunçuları komandaya doldurmaqla, "Əlini Vəliyə qatmaqla" nəyəsə nail olmaq mümkün deyil. Düzünü deyim? "Sumqayıt" indi futbol komandasından çox Cəlil Məmmədquluzadənin təsvir etdiyi "saqqallı uşağ"a bənzəyir. Düzü, adamın səviyyəli futbol oynamaq əvəzinə saqqal saxlayan komandanın üzvlərinin yerinə ürəyi ağrayır. Ancaq oynamağı bacarmayan sumqayıtlı gənclərin öz ölmüş futbollarına saqqal saxladığını da başa düşmək olar. Sadəcə, bizim adət-ənənəyə görə ölənə 40 gün saqqal saxlayarlar. Di gəl ki, sumqayıtlı futbolçuların "matəmi" uzun çəkir. Yetimin başında dəlləkliyi öyrənən Aqil Məmmədov isə nəinki başını qaşıya, heç öz yetirmələrinin üzündə saqqalı qırxa bilmir. Ara yerdə sumqayıtlı azarkeşlərin əsəbləri korlanır. Ancaq eyb etməz, mövsüm başa çatar, qətiyyən güclənmək istəməyən "Sumqayıt" layiq olduğu birinci dəstəyə yuvarlanar (Ekspress).
 
Düzü, orada bu komandanın ağlı başına gələcəyini iddia edə bilmərəm. Çünki biz hələ də oradan elitaya gələnin coşduğunu görməmişik. Bizdə ya gedən qayıtmır, ya da gələn sürünür. Çünki futbol komandasını necə qurmağın yolunu bilmirik. Adicə, "Sumqayıt"da qat-qat imkanlı olan "Bakı", "Xəzər Lənkəran" və buna oxşar adı iddialı komandalar heç nə ilə yadda qalmır. Biz dəniz piratlarına oxşayan sumqayıtlı oyunçulardan nə gözləyək? Eh, bizdə hərəsi bir cürdü. "Sumqayıt"ı da gördüyümüz kimi qəbul etməliyik. Bugünə qədər görə-görə gəldik və gələ-gələ gördük ki, bizim futbolun şəfa tapmasına hələ çox var. Bakıya yaxınlıq və uzaqlıqla deyil, əsas futbola yaxınlıq və uzaqlıqdı. "Sumqayıt" isə bu mənada əsl həqiqətən də uzaq düşüb. Azarkeşə saqqal yox, "sağ qal" sözü lazımdı!
 
CAVAD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Premyer-liqa2024-04-19 15:41

“Turan Tovuz” “Sumqayıt”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər2024-04-19 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Digər idman növləri2024-04-19 09:12

Kanadada növbəti məğlubiyyət

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm