Ölkə futbolu
Bilyaletdinov: “Buraxdığımız qol ətraflı təhlil üçün səbəb olacaq"
"Belə hesabla qalib gəldikdən sonra hansısa narazılıq bildi…
"Belə hesabla qalib gəldikdən sonra hansısa narazılıq bildirmək yəqin ki, yanlış olardı. Oyuna gəlincə, hesabın belə alınmasına gətirən məqamları daha da möhkəmləndirməyə çalışmaq lazımdır" – bu sözləri "SKA-Xabarovsk"un baş məşqçisi Rinat Bilyaletdinov "Neftçi"yə 8:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
Klubun rəsmi saytına danışan rusiyalı mütəxəssis standart vəziyyətlərdən yaxşı istifadə etdiklərini bildirib: "Əlbəttə, hər dəfə bütün zərbələrin qapının küncünə vurulacağına təminat vermək çətindir. Amma futbolçularım göstərdi ki, bunu bacarırlar. Yağış yağsa da, meydança kifayət qədər yaxşı idi. Bu da bizə yüksək sürətlə oynamaq imkanı verirdi. Buraxdığımız qol isə ətraflı təhlil üçün səbəb olacaq".
O, "Neftçi" ilə matçda daha sürətli olduqlarını vurğulayıb: "Yenə oyunun əvvəlini sürətli başladıq. Rəqib isə bunu gözləmirdi. "Tirana" ilə matçda sürətli qolu bizə fikri yayınan qapıçı hədiyyə etdisə, bu görüşdə biz hər şeyi təşkil etdik. Mənə rəqibin əvəzindən danışmaq çətindir. Ola bilər, onlar da böyük yükləmələr altındadırlar, yaxud kollektiv oyunları oturuşmayıb. Amma biz daha sürətli idik. Bu da elə əvvəlcədən belə böyük üstünlüyümüzü müəyyənləşdirdi".
Qeyd edək ki, "SKA-Xabarovsk" Rusiya Premyer Liqasında hazırda 12 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb.