Milli komanda
Yığmamız Gürcüstanla "sülh bağladı"
Antalyada təlim-məşq toplanışında olan U-21 millimiz bu gün…
Antalyada təlim-məşq toplanışında olan U-21 millimiz bu gün növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı yığmamız Gürcüstandan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı millimiz açıb. Lakin avtoqolla önə keçən futbolçularımız bu üstünlüyü sonadək qoruya bilməyiblər və matç heç-heçə başa çatıb.
Bu, gənclərdən ibarət yığmamızın Antalyada 3-cü sınağı idi. Millimiz bundan öncə “Alanyaspor”un U-21 komandasını 3:1 hesabıyla məğlub etmiş, Albaniyanın U-20 millisinə isə 0:1 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
23 yanvar
Azərbaycan – Gürcüstan 1:1
Azərbaycan: 1. Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev.
Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın.
Baş məşqçi: Rəşad Sadıqov.