Ölkə futbolu
Millimiz Donetsk “Şaxtyor”u ilə qarşılaşacaq?
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması T&uu…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı yığmamız Ukraynanın “Şaxtyor” klubunun gənclərdən ibarət komandası ilə qarşılaşacaq. Bu barədə Donetsk klubunun rəsmi saytı məlumat yayıb. Qeyd edilib ki, bu komandalar arasında oyunun yanvarın 26-da keçirilməsi planlaşdırılır.
AFFA isə bu rəqiblə oyun barədə heç bir açıqlama vermir. Üstəlik, U-21 millimizin yanvarın 26-da Albaniyadan olan həmyaşıdları ilə yoxlama oyunu keçirəcəyi hələ xeyli müddət öncədən bəlli idi.