Dünya futbolu
Super Liqa klubu Dəniz Yılmaza rəqib gətirdi
Türkiyənin “Gənclərbirliyi” klubu növbəti tr…
Türkiyənin “Gənclərbirliyi” klubu növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Benin yığmasının və Fransanın “Monpelye” komandasının hücumçusu Stefan Sessenyonu heyətinə qatıb. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 33 yaşlı forvard yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.
Sessenyon 2016-cı ildən “Monpelye”də çıxış edirdi. O, daha öncə PSJ, “Sanderlend”, “Vest Bromviç” kimi klublarda da forma geyinib.
Qeyd edək ki, “Gənclərbirliyi” bir neçə gün öncə yığmamızın və “Bursaspor”un hücumçusu Dəniz Yılmazı da transfer edib.