Milli komanda
Millətlər Liqası: Milli komandamızın rəqibləri bəlli oldu
UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkü …
UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən tədbirdə milli komandamızın rəqibləri müəyyənləşib.
Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız 3-cü qrupda Malta, Kosovo və Farer adaları ilə mübarizə aparacaq.
Püşkdən öncə 55 ölkənin yığma komandaları UEFA reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. Reqlamentə əsasən, A, B, C və D liqalarının qalibləri AÇ-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq "Dördlər finalı”nda müəyyənləşəcək.
Qeyd edək ki, qrup mərhələsinin oyunları bu ilin sentyabr-noyabr aylarında keçiriləcək.
Millətlər Liqası
D Liqası
1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra
2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino
3-cü qrup: Azərbaycan, Farar adaları, Kosovo, Malta
4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq