Ölkə futbolu
“Renat Dadaşov tənbəllik etdi, intizamlı davranmadı”
Almaniya mətbuatı “Leyptsiq”in yeni transfer axtarışı…
Almaniya mətbuatı “Leyptsiq”in yeni transfer axtarışında olmasının səbəblərini araşdırıb. Futbolinfo.az xəbər verir ki, həmkarlarımız bunda əsas günahkarlardan biri kimi Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu görüblər.
Belə ki, qış fasiləsində yarımmüdafiə və hücum xəttini gücləndirmək niyyətində olan Bundesliqa təmsilçisi, xüsusən də, gənc oyunçulara “elçi düşüb”. Klub rəhbərliyi “Kopenhagen”in 16 yaşlı yarımmüdafiəçisi Mads Bidstrup və “Benfika”nın 17 yaşlı hücumçusu Umaro Embalonun transferi üçün 17 milyon avro ayırıb.
Almanlar “Leyptsiq”in gənc oyunçulara bu qədər maliyyə ayırmasını öz akademiyasındakı futbolçuların intizamsız davranışları və tənbəllikləri ilə əlaqələndirib. Bu məsələdə mövsümün əvvəlində “Ayntraxt”a transfer edilən 19 yaşlı Dadaşovun da adı hallanıb: “Leypsiq” gənc oyunçuları peşəkar futbola yönləndirmə baxımından olduqca yaxşıdı. Lakin baş məşqçi Ralf Rankinq onları əsas komandaya qazandıra bilmədi. Renat Dadaşov, Vitali Yanelt və İdrissa Ture kimi istedadlı yeniyetmələr yola salındı. Çünki onlar üzərlərində işləmədilər, tənbəllik etdilər və intizamlı davranmadılar”.
Qeyd edək ki, “Ayntraxt”la 3 illik müqavilə bağlayan Renat Dadaşov klubun U-19 komandasında çıxış edir. (Apasport)
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı