Ölkə futbolu
Qurban Qurbanov “Qəbələ”dən 3 futbolçuya dəvət göndərdi
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov hələ də…
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov hələ də heyəti açıqlamayıb. Onun rəhbərlik etdiyi yığmamızda debüt oyununa qısa müddət qalsa da, hələlik kimlərin düşərgəyə dəvət ediləcəyi bəlli deyil.
Lakin deyəsən, baş məşqçi heyətdə radikal dəyişiklik etməyəcək. Futbolinfo.az xəbər verir ki, Qurbanov əsasən köhnə kadrlara üstünlük verəcək.
Belə deməyə məşqçinin dəvət göndərdiyi futbolçuların ilkin siyahısı əsas verir. Artıq klublara düşərgəyə çağırılacaq oyunçularla bağlı məktub göndərilib. Məsələn, “Qəbələ”dən milliyə gedəcək futbolçularla bağlı sürpriz yoxdu. Qurban bəy əvvəllər də milli üzvü olan Ruslan Qurbanov, Təmkin Xəlilzadə və Cavid Hüseynova dəvət göndərib.
Yekun siyahı rəsmən açıqlandıqdan sonra bu barədə daha ətraflı fikir bildimək olacaq.