Ölkə futbolu
“Qarabağ”ın oyunlarının başlama saatı açıqlandı
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” sa…
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Futbolinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “köhlən atlar”ın hər iki matçının başlama saatı artıq bəllidi. Baş məşqçi Qurban Qurbanov öncə “Şkupi” ilə görüşdə yetirmələrini sınayacaq. Makedoniyalılarla oyun Bakı vaxtı ilə 16:00-da start götürəcək. İki saat yarımdan sonra – saat 18:30-da Azərbaycan çempionu Ukrayna təmsilçisi “Mariupol”la qarşılaşacaq.
“Qarabağ” Türkiyə toplanışı çərçivəsində iki yoxlama görüşü keçirib. Ölkə çempionu “Kuban” (Rusiya – 2:2) və “Lexiya” (Polşa – 1:1) ilə heç-heçə edib.