Ölkə futbolu
“Sumqayıt”ın rəqibi dəyişdi
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt&r…
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” Antalya hazırlığı çərçivəsində 4 yoxlama oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda sabah qonşu ölkədə ilk sınaq matçına çıxacaq. Polşanın "Poqon” klubu öncədən planlaşdırılmış yoxlama görüşündən imtina edib. Bu səbəbdən "Sumqayıt" Rumıniya təmsilçisi “Konkordiya” ilə qarşılaşcaq. Görüş yerli vaxtla saat 16:00-da başlayacaq. Qarşılaşma "The Sense De Luxe” otelinin stadionunda keçiriləcək.
Qeyd edək ki, 1957-ci ildə yaranmış "Konkordiya” Kyajna bölgəsini təmsil edir. Rumıniya yüksək liqasında 7-ci mövsümünü keçirən Yon Moldovanın komandası turnir cədvəlinin 12-ci pilləsində qarşılaşıb.