Ölkə futbolu
“Sumqayıt” ilk sınağından məğlub ayrıldı
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt&r…
Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komandanın Antalyadakı ilk sınağı Rumıniya təmsilçisi “Konkordiya” ilə olub. Hansı ki, bu komanda bu gün "Neftçi"yə də qarşı oyun keçirib və 1:0 hesabıyla qalib gəlib.
Elə "Sumqayıt" da bu komanda ilə bacarmayıb. Rumınların 72-ci dəqiqədə vurduqları yeganə qol Samir Abasovun yetirmələrinin meydanı məğlub tərk etməsi üçün yetərli olub.
Yoxlama oyunu
25 yanvar
“Sumqayıt” – “Konkordiya” 0:1
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 19, Azər Salahlı, 32. Rəşad Eyyubov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 7. Cavid Tağıyev, 20. Rüfət Abdullazadə, 39. Tural Bayramlı.