Milli komanda
Millimizin futbolçusunun ürəyində problem yarandı
İspaniya Sequnda təmsilçisi “Ximnastik”də top qo…
İspaniya Sequnda təmsilçisi “Ximnastik”də top qovan millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun sağlamlığında problem yaranıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda komandanın 5 üzvünün zədədən əziyyət çəkdiyi, onlardan birinin də İsrafilov olduğu qeyd edilib. Çiynindəki zədəni sağaldan millimizin üzvünün hazırda ürək-damar sistemindən müalicə aldığı vurğulanıb.
Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə 11 oyunda şans qazanıb.