Ölkə futbolu
“Qəbələ” “Vit-Corciya” ilə qarşılaşacaq
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017…
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017/18 mövsümünün ikinci yarısına hazırlığı davam etdirir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb. Qış hazırlıq prosesinin Qəbələdə və Bakıdakı bölümlərini başa vuran Emin İmaməliyevin yetirmələri yanvarın 26-dan fevralın 2-dək Tiflisdə məşq edəcək. Bu gün qonşu ölkənin paytaxtına çatan komanda ilk məşqini də gerçəkləşdirib. Əvəzedicilər “Sabutalo” klubunun ev oyunlarını keçirdiyi “Bendela” stadionunda hazırlıq keçib.
Komanda növbəti məşqinə sabah çıxacaq. Yanvarın 28-də isə “qırmızı-qaralar” Gürcüstanda ilk yoxlama oyununu keçirəcək. “Qəbələ” 1-ci dəstədə çıxış edən “VİT-Corciya” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…