Dünya futbolu
“Beşiktaş”dan çətin qələbə
Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura start veri…
Futbol üzrə Türkiyə Super Liqasında 19-cu tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə 2 matç keçirilib.
Son çempion “Beşiktaş” evdə “Kasımpaşa” ilə qarşılaşıb. İstanbul nəhəngi bu oyundan qələbə ilə ayrılıb.
Günün digər oyununda isə millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Gənclərbirliyi” “Konyaspor”u qəbul edib. Futbolçumuzun yeni klubunda debüt etdiyi oyun komandası üçün uğurlu alınıb.
Türkiyə Super Liqası
19-cu tur
26 yanvar
Beşiktaş – Kasımpaşa 2:1
Qol: Taliska, 18; 25 – Trezeqe, 72.
Gənclərbirliyi – Konyaspor 2:1
Qol: Sessenyon, 46. Uludağ, 66 – Skubiç, 39-pen.
27 yanvar
14:30 Alanyaspor – Bursaspor
17:00 Göztəpə – Kayserispor
20:00 Qalatasaray – Osmanlıspor
28 yanvar
14:30 Yeni Malatyaspor – Sivasspor
17:00 Akhisar – Antalyaspor
20:00 Trabzonspor – Fənərbaxça
29 yanvar
21:00 Başakşəhər – Karabükspor