Dünya futbolu
Futbolçularımızın iştirak etdiyi oyunda 6 qol
Azərbaycanın futbol üzrə U-21 millisinin üzvü Fərid…
Azərbaycanın futbol üzrə U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Çexiyanın "Slaviya" klubunun gənclərdən ibarət komandası çempionatda yaranan fasilə ərəfəsində daha bir yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, doğma şəhərdə təlim-məşq toplanışında olan Praqa təmsilçisi "Dobroviçe" ilə qarşılaşıb. Məhsuldar keçən qarşılaşmada qalib müəyyənləşməyib – 3:3.
Nəbiyev də bu görüşün iştirakçı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
"Slaviya"nın düşərgəsində baxışda olan digər həmyerlilərimizə – Amin Seydiyev və Rövlan Muradova gəlincə, onlardan yalnız sonuncu oynamaq şansı qazanıb. Muradov da 90 dəqiqə oynayıb.