Dünya futbolu
“Ximnastik” İsrafilovun yoxluğunda məğlub oldu
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 24-cü …
Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 24-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Sportinq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyələ ayrılıb – 0:2.
Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb. Hazırda o, müalicə almaqla məşğuldu.
“Ximnastik" geridə qalan turlarda 28 xal toplayıb və hazırda 22 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.