Ölkə futbolu
Prosineçki debüt matçında “Qarabağ”lıya da şans verdi – VİDEO
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bo…
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinin heyətində oyuna çıxıb.
Futbolinfo.az xəbər verir ki, qolkiper ABŞ-ın Karson şəhərində, yerli milli ilə matçda start heyətində yer alıb. “Qarabağ”lı 90 dəqiqə meydanda olub. Qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb. Bosniya və Herseqovina millisi oyunda qol vurmağa çox yaxın olsa da, Haris Medunyanin matçın 53-cü dəqiqəsində penaltini boşa verib.
Xatırladaq ki, bu matç millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin Bosniya və Herseqovina yığmasının “sükanı arxasında” ilk oyunu olub.