Bizi izləyin

Ölkə futbolu

Əhmədov rəhbərlikdən sponsorlara şikayət etdi

“Neftçi” klub halında Antalyadadı. Məşqç…

blank
“Neftçi” klub halında Antalyadadı. Məşqçi və futbolçu heyəti ilə yanaşı, rəhbərlik də Türkiyəyə yığışıb. Bu, gözləniləndi. Mövsümün ikinci yarısına hazırlaşan bakılılar burada idarə olunur, qərarlar yerində verilir.
 
Yoxlama oyunlarında ardıcıl 4 məğlubiyyət, transferlərin gecikməsi azarkeşlərin ciddi narazılığına səbəb olub. Məşqçi heyəti ilə rəhbərliyin birləşməməsi, ayrı xətləri təmsil etməsi klubun axsamasına gətirib çıxarıb. Sanki komanda 2 ayrı mərkəzdən idarə olunur və belədə toqquşmalar, büdrəmələr, bir-birinə mane olma halları üzə çıxır.
 
Son 2 gündə transfer bazarında qismən hərəkətlənmənin şahidi oluruq. Mətbuatın tənqidlərindən, sosial şəbəkələrdə azarkeşlərin narazılığını aşkar bildirməsindən sonra 3 oyunçunun transferində irəli addım atılıb. Xüsusilə “Futbolinfo”da Kamil Məmmədovla bağlı yazılanlardan sonra klub rəhbərliyi vəziyyəti tənzimləməyə çalışır.
 
Komandaya gələn yeni hücumçunun menecer Çinar Məmmədovun vasitəsi ilə tapılması xəbərinin mətbuata çıxması təsadüf deyil. Klub bununla oyunçu keçidlərinin guya Kamil Məmmədovun inhisarında olmadığını bəyan etmək istəyir. Halbuki baş məşqçi Tərlan Əhmədovun dünənki müsahibəsində (futbolpress.az) vəd etdiyi digər 2 oyunçu məhz bu menecerin vasitəsi ilə dəvər olunub. Lakin yenə onun adı açıqlanmır, gizli saxlanılır.
 
“Neftçi” gec də olsa, transferlərə başlayır və son anda gələnlərin hazırlıq səviyyəsinin necə olacağı, onların nə vaxt formaya düşəcəyi daha sonra müzakirə ediləcək. Hələ futbolçuların səviyyəsini və qiymətini demirik.
 
Bütün bunlar sponsorların kluba təpkisindən sonra reallaşır, işlər sürətlənir. Və bu məsələdə Əhmədovun böyük rolu var. Söhbət ondadı ki, məşqçi rəhbərliyin başı üstündən bəzi addımlar atıb. Onun dünən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə növbəti görüşü təsadüf deyil. Sifarişli işləmədiyini deyən, lakin özü “Neftçi”yə məhz Musayevin sifarişi ilə gələn Əhmədov indi klubun problemlərini də öz rəhbərliyi ilə deyil, məhz PFL prezidenti ilə müzakirə edir.
 
Bir neçə gün öncə isə Əhmədov rəhbərliyin başı üstündən daha bir iş görüb. O, klubun sponsorlarına, SOCAR-dakı bəzi rəsmilərə məhz rəhbərlikdən şikayət edib, ona işləməkdə mane olduqlarını bildirib. Əhmədov ardıcıl məğlubiyyətlərdə, komandanın hazırlığının qənaətbəxş olmamasında məsuliyyəti boynundan atmaq üçün bu addıma ehtiyac duyub.
 
Təbii ki, bu şikayət rəhbərliyə problem yaradacaq. Onlar düşərgədə ola-ola klub başqa yerlərdən idarə olunur. Susqun qalan Tərlan bəyin son 3 gündə 3 fərqli müsahibə verməsinin də səbəbi budur. O, klubun ağası olduğunu, lakin maliyyə məsələlərinə görə çətinlik çəkdiyini, süni əngəllərlə üz-üzə qaldığını nümayiş etdirməyə çalışır. Onun müsahibələrində ayrı-ayrı rəhbər şəxslərin adını çəkib, tərif yağdırması isə prezidentin, vitse-prezidentin başının altına yastıq qoymaqdı. Hər şey qaydasındadısa, SOCAR-a edilən şikayətin səbəbi nədir?
 
Təbii ki, məşqçinin birbaşa cavabdeh olduğu idman nəticələrinin bərbadlığına rəğmən, belə at oynatması elə klub rəhbərliyinin günahıdı. Onlar kluba lazımi diqqət ayırmır, hər şeyi məşqçilərin üzərinə atıblar, Əhmədov da təmsil etdiyi xəttin güclənməsi üçün meydandankənar işlərlə məşğuldu.
 
AĞA
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-20 11:19

Azərbaycanın daha dörd cüdoçusu DÇ-də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-20 11:00

Azərbaycan və Ukrayna Voleybol Federasiyaları arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-05-20 10:41

“Qələbənin açarı müdafiədədir”

blank
Digər idman növləri2024-05-20 10:24

Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır

blank
Digər idman növləri2024-05-20 10:10

Azərbaycan fudokançılarından AÇ-də uğurlu nəticə

blank
Ölkə futbolu2024-05-20 09:54

Qurban Qurbanov Avropada birincidir

blank
Ölkə futbolu2024-05-20 09:39

Avrokubok planlaması: “Neftçi” 2-ci də ola bilər, 5-ci də

blank
Ölkə futbolu2024-05-20 09:22

Hamı gedir, Şeydayev qalır

blank
Milli komanda2024-05-20 09:05

Millimizlə oyunda yeni rekord gözlənilir

blank
Ölkə futbolu2024-05-20 08:50

“Qarabağ” üçün daha 4 rəqib

blank
Milli komanda2024-05-20 08:32

Rəqibimizin heyəti müəyyənləşdi

blank
Digər idman növləri2024-05-20 08:15

Ferstappenin 5-ci qələbəsi

blank
Ölkə futbolu2024-05-20 08:00

Baxşıyevin imkanı olsaydı…

blank
Dünya futbolu2024-05-20 01:55

PSJ-dən mövsümün son matçında inamlı qələbə

blank
Dünya futbolu2024-05-20 01:34

“İnter”dən “Latsio” ilə heç-heçə

blank
Dünya futbolu2024-05-20 00:29

“Real”dan məhsuldar heç-heçə, “Barselona”dan darmadağın

blank
Dünya futbolu2024-05-19 23:50

“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı

blank
Digər idman növləri2024-05-19 23:00

Final seriyasında ümumi hesab bərabərləşdi

blank
Dünya futbolu2024-05-19 22:33

“Mançester Siti”dən 10-cu çempionluq!

blank
Digər idman növləri2024-05-19 21:58

Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

blank
Digər idman növləri2024-05-19 21:27

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm