Ölkə futbolu
Moldova millisinin üzvü rəsmən “Səbail”də
“Səbail” Molodova millisinin oyunçusunu heyətinə…
“Səbail” Molodova millisinin oyunçusunu heyətinə cəlb edib.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı, kreativ yarımmüdafiəçi Yegeni Koçuk mövsümüun sonuna kimi Bakı klubunda çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, gənc yarımmüdafiəçi Slovakiyanın “Jilina” futbol klubundan icarə əsasında komandaya cəlb olunub.
Koçuk 2012-2016-cı illər aralığında vətənində "Daçiya"nın formasını geyinib. 2016-cı ildə Slovakiyanın "Jilina" klubuna keçən yarımmüdafiəçi burada Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə komanda yoldaşı olub və ölkə çempionatının qızıl medalını qazanıb. O, 2015-ci ildən etibarən Moldova yığmasının heyətində 4 oyun keçirib.