Dünya futbolu
Demba Ba Super Liqa klubunda – FOTO
Türkiyənin “Göztəpə” klubu heyətini yeni h&u…
Türkiyənin “Göztəpə” klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, bir neçə gün öncə əsas hücumçusu Adis Yahoviçi Super Liqanın digər təmsilçisi “Konyaspor”a satan İzmir təmsilçisi ona dərhal əvəzləyici tapıb. Belə ki, sözügedən klub seneqallı forvard Demba Banı transfer edib. Bu barədə “Göztəpə”nin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, son olaraq Çinin “Şanxay Şenxua” klubunun formasını geyinmiş 32 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Seneqal yığmasında 19 oyun keçirmiş Demba karyerası ərzində Almaniyanın “Hoffenhaym”, İngiltərənin “Vest Hem”, “Nyukasl”, “Çelsi” klublarının şərəfini qoruyub. O, 2014/15 mövsümünü, eləcə də ötən mövsümün yarısını Türkiyənin digər təmsilçisi “Beşiktaş”da keçirib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq