Ölkə futbolu
“Kəpəz” Antalya toplanışını başa vurdu
Yanvarın 18-dən Türkiyədə təlim-məşq toplanışında olan …
Yanvarın 18-dən Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” hazırlıq prosesini yekunlaşdırıb. Futbolinfo.az xəbər verir ki, bu gün səhər məşqi ilə komandanın 16 günlük Antalya toplanışı başa çatıb.
Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsini qardaş ölkədə keçən “sarı-göylər” gündə iki dəfə məşq ediblər. "Kəpəz" toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, dörd yoxlama oyununa çıxıb. Gəncə klubu yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya – 1:1), 25-də “Daejeon Citizen” (Cənubi Koreya – 1:0), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa – 1:8) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya – 2:0) klubları ilə qarşılaşıb.
Xatırladaq ki, “Kəpəz” mövsümün ikinci hissəsinə hazırlığın ilk mərhələsini Bakıda keçirmişdi.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı