Ölkə futbolu
“Kəpəz” şokda: Darionun transferi reallaşmayıb – ÖZƏL
“Kəpəz” rəhbərliyinin səhlənkarlığı klub azarkeş…
“Kəpəz” rəhbərliyinin səhlənkarlığı klub azarkeşlərinin üzüntüsünə səbəb olacaq. Çünki onların sevimlisi olan Dario Federikonun bu gün “Neftçi”yə qarşı oynamaq ehtimalı azdı.
Futbolinfo.az xəbər verir ki, bir aya yaxındı klubun düşərgəsində olan Darionun transferi bugünədək yoluna qoyulmayıb. Gəncəlilər sənədləşmə işlərinə başısoyuq yanaşıblar və indi bəlli olur ki,futbolçunun transfer vərəqi hələ də gəlməyib. Cənibu Koreyanın “Seonqnam” klubundan ayrılan futbolçunun “Kəpəz”ə gəlməsinə icazə verən sənəd mərkəzləşdirilmiş beynəlxalq sistemə (TMS) düzgün oturdulmayıb və bu da Darionun “Neftçi” ilə matçda oynamasına əngəldi.
Bu gün səhərə kimi problem yoluna qoyulmamışdı və gəncəlilər bakılılarla matça kimi ümidlə gözləyəcəklər. Federiko yenilənmiş heyətdə açar oyunçulardan olduğundan, onun yoxluğu baş məşqçi Yunis Hüseynovu çətin vəziyyətdə qoyub.
Xatırladaq ki, Dario karyerası ərzində 5 klubda oynasa da, ən yaxşı göstəricisi “Kəpəz”dəki vaxtlarına təsadüf edir. Şahin Diniyevin kəşfi olan braziliyalı burada 34 oyuna 7 qol vurub. Cənubi Koreyada zədə üzündən heyət üzü görməyən futbolçu elə karyerası ərzində ümumilikdə 128 matçda 18 dəfə fərqlənib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə