Dünya futbolu
Millimizin sabiq üzvü üçün 90 dəqiqə
Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 24-cü turun o…
Futbol üzrə Türkiyə TFF 1-ci liqasında 24-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Samsunspor” hazırda 28 xalla 18 klub arasında 13-cü pillədə qərarlaşıb.