Premyer-liqa
“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 17-ci tura yekun vurulub.
Futb…
Bu gün Topaz Premyer Liqasında 17-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçirilib.
“Keşlə” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Üç qolun qeydə alındığı matçın sonunda sevinən tərəf Sumqayıt təmsilçisi olub.
Turun qapanış matçında isə son çempion və lider “Qarabağ” əzəli rəqiblərindən olan, lakin mövsümün aşkar autsayderinə çevrilmiş “Kəpəz"i qəbul edib. Gəncə təmsilçisi uzun müddət rəqibinə ciddi müqavimət göstərsə də, sonda Ağdam klubu 3 xalı təmin etməyi bacarıb.
Topaz Premyer Liqası
17-ci tur
25 fevral
“Keşlə” – “Sumqayıt” 1:2
Qol: R.Məlikov, 12-avtoqol – T.Axundov, 3-pen. R.Eyyubov, 90.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov.
Bakı. “İnter Arena”.
“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 70. Ülvi İsgəndərov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 9. Amil Yunanov, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 32. Rəşad Eyubov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov.
Məşqçi: Seymur Rəhimov.
“Qarabağ” – “Kəpəz” 1:0
Qol: R.Almeyda, 85.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov.
Bakı. “Azərsun Arena”.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 8. Markos Madera, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 77. Donald Gerye, 70. Nicat Süleymanov, 98. Ruslan Hacıyev, 90. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.
“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev, 91. Dario Federiko, 16. Quili Mandqaladze, 48. Dieqo Qusmao, 8. Samir Zərgərov, 20. Tərzin Cahangirov, 9. İlkin Sadıqov.
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 10. Tural Rzayev, 5. Tural Nərimanov, 7. Roman Hüseynov, 3. Dedimar Ferreyra, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 21. Murad Səttarlı, 12. İlyas Səfərzadə.
Baş məşqçi: Yunis Hüseynov.
Turun digər oyunları: “Səbail” – “Qəbələ” 2:1, “Neftçi” – “Zirə” 1:1.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi