Bizi izləyin

Ölkə futbolu

Aqibəti Antalyada müəyyənləşən “Neftçi”

“Neftçi”nin 4-cü pilləyə yüksəlişi bu…

blank
“Neftçi”nin 4-cü pilləyə yüksəlişi bu gedişlə xəyal olacaq. “Zirə”ylə oyunda növbəti xal itkisindən sonra bakılıların vəziyyəti bir qədər də çətinləşdi.
 
Tarixi ərzində çempionat matçlarında “qartallar”ı yenə bilməyən “ağ-qaralar” dünən də bunu bacarmadı. Halbuki bunun üçün ən ideal şərait var idi. Qonaqların əsas oyunçularından bir neçəsi cəzalı və zədəli idi, rəqib son dəqiqələrdə azlıqda qalmışdı, üstəlik, hesabı da “Neftçi” açmışdı. Lakin Tərlan Əhmədov bütün bunları ümumi qələbəyə çevirməyi bacarmadı.
 
Cəzalı olduğu üçün komandasını tribunadan idarə edən Ayxan Abbasov qış fasiləsindən bu yana qələbə qazana bilməməyin həyəcanında idi. Yeni transferlər heyətə tam uyğunlaşmadığından “Zirə” ilk 2 dövrədəki kimi inamlı deyil, bununla belə, komandanın öz dəst-xətti var. Bu səbəbdəndi ki, ilk yarıda qonaqlar daha yaxşı oynayırdı. “Neftçi” isə xaotik oynayır, başıpozuq dəstəyə oxşayırdı. Futbolçular fərdi bacarığı hesabına nəsə etməyə çalışırdı, düşünülmüş kombinasiyalar görünmürdü.
 
“Neftçi” topa nəzarət taktikası seçsə də, hücumda rəngarənglik yarada bilmirdi. Bunun üçün hücum oyunçuları fərdi bacarıq baxımından üstün olmalıdı. Amma bakılıların həmlələrini oxumaq zirəlilər üçün çətin deyildi, buna görə də onları dəf etmək asanlaşırdı.  Təsadüfi deyil, hesabın açılması da hansısa düşünülmüş hücumun nəticəsi deyildi, İqnasio Herreranın uzaq zərbəsindən sonra Kamal Bayramov qapıda düzgün mövqe seçmədiyindən, topu tordan çıxardı.
 
“Zirə”nin cavab qolu “Neftçi” müdafiəsinin necə ağır, mövqe seçmək baxımından bacarıqsız olduğunu göstərdi. Tellur Mütəllimov 5 dəqiqə ərzində ikinci dəfə sol cinahda əla reyd etdi və bu dəfə onun 5 oyunçunu uşaq kimi aldatması məhsuldar ötürmə verməsiylə nəticələndi.
 
Qüvvəsini bilən Abbasov ikinci hissədə əvəzetmələrlə tamamilə oyuna nəzarəti rəqibə verdi. 5 müdafiəçiylə oynamağa başlayan qonaqlar dayaq bölgəsini də gücləndirməklə “Neftçi”nin pressinqinə şərait yaratdı. Lakin meydan sahibləri bu fürsəti də qaçırdı. Lukas Qomesin hərəkətsizliyi üzündən hücumlar məntiqi sonluğa çatmırdı. Oyuna sonradan daxil olan Mirabdulla Abbasov bir neçə epizodda təhlükə yaratsa da, tək əldən səs çıxmadı.
 
Bu matçı Tərlan Əhmədov əldən verdi. Əvvəla, onun mətbuatın tənqidlərinə uyğun heyət seçdiyini əminliklə demək olar. “Kəpəz”lə matçdakı qələbə qolundan sonra Sumqayıtda Mirabdulla start heyətində göründü. Lakin həmin matçdakı uğursuz nəticədən sonra yenidən Qomes meydanda idi. Məşqçi birdəfəlik əsas hücumçusunu seçə bilmir. Forvardlarda belə problemlər olur, onların qara zolaqdan çıxması üçün daimi dəstəyə ehtiyacı var. Lukasın bu bacarığı yoxdusa, daimi xilaskar olan Mirabdullaya güvənmək lazımdı – həm də 5-10 dəqiqə yox, hər oyunda ən azı 1 hissə.
 
Əhmədovun bu komandanı xilas etməsi mümkün deyil. O, oyunçu seçimi, davranışı və danışıq tərzi ilə çoxdan məğlub olub. Tərlan bəy bu aqibəti özü üçün qış fasiləsində seçib. Hərəkətləri, yersiz açıqlamaları öz yerində, məşqçi heyəti lazım olduğu kimi gücləndirə də bilmədi. Qomes yararsız hücumçudu, Fransisko Qarsiya fərq yarada bilmir, Mayk Kampas isə hətta meydana 5-10 dəqiqəlik oyuna buraxılmağa layiq deyil. Seçimlər səhv aparılıb və bu komanda uğursuzluğa məhkumdu.
 
Əhmədov mətbuat konfransında hansısa mücərrəd gələcəkdən danışıb, vədlər verib. Lakin artıq onu ciddiyə almağa dəyməz. Antalya toplanışında möhtəşəm “Neftçi” qurduqlarını deyən Tərlan bəyin yalanları 3 tura aydın oldu. Elə bunun nəticəsi idi, azarkeşlər matçdan sonra bütün komandanı fitə basdı, “Neftçi”nin çörəyi haramdır sizə” deyərək etirazını bildirdi.
 
Matç bitincə paltardəyişmə otağının qarşısına yığışan və Əhmədovdan hesabat istəyən azarkeşlərin bir neçəsi onun hasarın yanına gələrək hesabat verməsinə nail oldu. Tərlan bəyin bəhanələrini ağzında qoyan fanatlar bu komandanın sanki toplanış keçmədiyini onun üzünə çırpdı. Bununla Antalya sərgüzəştlərini xatırladan azarkeşlər “Neftçi”nin uğuruna inanmadığını büruzə verdilər. Haqlıdılar. Qarşıda Qəbələyə səfər, ardınca “Qarabağ”la matç var. Bu oyunlar həm “Neftçi”nin, həm də Əhmədovun taleyində gözlənilən sonluq olacaq.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Dünya futbolu2024-05-17 19:46

“Liverpul”da daha bir ayrılıq

blank
Digər idman növləri2024-05-17 19:30

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-17 19:14

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb

blank
Dünya futbolu2024-05-17 19:00

“Çelsi” Estevao üçün tam məbləğ ödəmək istəmir

blank
Digər idman növləri2024-05-17 18:45

AVF Gəncədə toplanış təşkil edib

blank
Ölkə futbolu2024-05-17 18:32

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb

blank
Dünya futbolu2024-05-17 18:18

Xavi ilə Laporta arasında gərginlik

blank
Dünya futbolu2024-05-17 18:04

“İnter” Bentonu izləyir

blank
Milli komanda2024-05-17 17:46

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

blank
I Liqa2024-05-17 17:32

“Premyer Liqada büdcəmiz də artacaq və daha yaxşı olacaq”

blank
Dünya futbolu2024-05-17 17:17

“Liverpul” kamerunlu futbolçu ilə yolları ayırır

blank
Digər idman növləri2024-05-17 17:00

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

blank
Ölkə futbolu2024-05-17 16:45

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

blank
Digər idman növləri2024-05-17 16:31

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

blank
Müsahibə2024-05-17 16:14

“Yaxşı təklifi niyə də qəbul etməyim?!”

blank
Digər idman növləri2024-05-17 15:59

Millimiz Özbəkistanda növbəti qələbəsini qazandı

blank
Dünya futbolu2024-05-17 15:47

Van Persi baş məşqçiliyə başladı

blank
Ölkə futbolu2024-05-17 15:40

AFFA prezidenti bir sıra görüşlər keçirib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm