Müsahibə
Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
Topaz Premyer Liqasında 17-ci turun “Keşlə” – &ld…
Topaz Premyer Liqasında 17-ci turun “Keşlə” – “Sumqayıt” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın məşqçisi Seymur Rəhimov jurnalistlərin suallarını cavablandırdı.
Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:
– Fikirlərim müsbətdi. Nəticə bizi qane etdi. Uşaqlar dediklərimizi yerinə yetirdilər. İlk hissədə özünəinam itmişdi. Amma soyunub-geyinmə otağındakı söhbətimizdən sonra dediklərimizi tam yerinə yetirdilər.
– Heyətdə dəyişikliklər çox idi. Amil Yunanov da oynamırdı. Bunların səbəbi nə idi?
– Heç bir səbəb yoxdu. Rəşad Eyubovda bir qədər ağrı var idi. Ona görə meydana çıxmamışdı. Təkcə Azərin zədəsi var. Bu, taktiki gediş idi. Əvəzetmələr də nəticəyə müsbət təsir etdi.
– Belə başa düşdük ki, yarımfinal öncəsi kartlarınızı açmaq istəmirdiz…
– Onu baş məşqçi daha yaxşı izah edər. Bu gün nə demişdiksə, uşaqlar hər şeyi yerinə yetirdi. Ülvi İsgəndərov da yaxşı oynadı. Bu, kart da ola bilər, başqa şey də. Nəticə və oyundan razıyıq. (Sport24)
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı