Bizi izləyin

Ölkə futbolu

Maksimovlu “Keşlə”nin perspektivi yoxdu

Fərhad Vəliyevlə Rail Məlikovun veteran təcrübəsinə yaraş…

blank
Fərhad Vəliyevlə Rail Məlikovun veteran təcrübəsinə yaraşmayan tərzdə “Keşlə” üçün “hazırladıqları” avtoqol olmasaydı, “Sumqayıt” bu qədər əziyyət çəkməyəcəkdi. Çünki dünənki matçda çox üstün olan qonaqlar başsız atlı kimi meydanda qaçan rəqibini hələ matçın əvvəlində məyus etmişdi.
 
Erkən qolun davamını məhz bu səhv üzündən gətirmək olmadı, qələbə qolunu vurmaq üçün Samir Abasov ciddi risk etdi və istəyinə son anda nail oldu. Bəlkə start heyətində gözlənilməz dəyişikliklər bu məşqçinin səhvi idi, lakin oyunun gedişində əsas oyunçuları döyüşə atmaqla Abasov nəticəyə nail oldu. Bəlkə də taktiki gediş, bəlkə də kubokun yarımfinalı öncəsi kartgizlətmək idi – hər nə idisə, uğurlu alınmamışdı.
 
“Sumqayıt”ın layiqli qələbəsi öz yerində, bu nəticə “Keşlə”dəki durumu da üzə çıxardı. Yuri Maksimov yeni komanda qura bilməyib, bu kollektiv Zaur Svanadzenin vaxtındakı kollektivin zəif gölgəsidi. Qış transfer pəncərəsi tamamilə boşa verilib, heyətə lazımlı oyunçular deyil, say düzəltmək üçün gələnlər yığılıb. Məşqçi ilə rəhbərliyin əlbir işləməməsi aşkar görünür.
 
“Keşlə”nin oyununu müəyyən edənlər, baş rol ifaşıları komandanın əvvəldən qalan üzvləridi. Denis Silva, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Fuad Bayramov və Adrian Skarlatake yenə də əsas yükü çəkir. Kamran Ağayevlə Məqsəd İsayev ümumi ansambla uyğunlaşıb. Yeni gələn digər oyunçuların səviyyəsindən isə yüksək tonla danışmaq olmur. Parlaq günlərini çoxdan geridə qoyan Sezar Meza Kolli, eləcə də Herve Tçami və Ebrima Sohna ümumi fonda seçilmir. Belə legionerlərdənsə, klubun akademiyasında yetişən cavanlar daha faydalı olardı.
 
Maksimovun bu futbolçuları necə seçdiyini bilmirik, amma qaçarkən ayağı ayağına dolaşan Andre Klennon kimi əcnəbilərdənsə, heç kimi almamaq daha məsləhətli idi. Bəli, ola bilər ki, komandanın maliyyə durumu transferlərə imkan verməyib, lakin 6 lazımsız futbolçudansa, 2-3 daha bahalı və yaxşı əcnəbi gətirmək ən ağıllı variant olardı.
 
Ümumiyyətlə, klub daxilində ciddi problemlər olduğu aydındı. Hiss olunur ki, futbolçuların bəzilərini Maksimov gətirib və dünən oynayanlar da birbaşa onun sevimliləri idi. Məşqçinin gəlişinə kimi rəhbərliyin aldığı Pablo Podio, Nemanya Stoyanoviç isə heç cür ukraynalının gözünə girə bilməyib. Bu səbəbdən onların adı hətta matçın iştirak ərizəsinə salınmır. Belə xaotik durum, qarşılıqlı inamsızlıq mühitində uğur qazanmaq mümkünsüzdü.
 
Maksimovun müqaviləsi yaya kimidi və Müşahidə Şurasının sədri Zaur Axundovla düşmən kimi davranması göstərir ki, onun daha uzun müddət burada qalması mümkün deyil. Axundovu ümumiyyətlə, komandaya yaxın buraxmayan məşqçi bu 3 ayı yola verib, vətəninə qayıdacaq. Lakin qışda aldırdığı oyunçulara xərclənən, əslində, havaya sovrulan pullar “Keşlə”nin büdcəsinə ziyan verəcək. Xeyli oyunçu alınıb, amma komanda əvvəlkindən də zəifdi.
 
Düzdü, kuboku qazanmağa ümid var, lakin belə oyun tərzi ilə bu, ümiddən başqa bir şey deyil. Maksimov transfer dövründə ciddi səhvlər edib, indi də mənasız diktatura yaratmaqla gərginliyi bir az da artırır. Bəzi futbolçularla, rəhbərliklə münaqişə onun yolasalma prosesini sürətləndirəcək. Klubda bu işin peşəkarı olan rəhbər şəxslər, ukraynalının çaldığı havaya oynamayacaq təcrübəli futbolçular var. Svanadzeni yola salanlar üçün Maksimovu oyundan çıxarmaq su içmək kimi bir şeydi.
 
Yenə Ramiz Məmmədovdan danışmalı olacağıq. Lakin idman direktoru bu vəziyyətdə komandaya müdaxilə etsə, onu qınamamalıyıq. Maksimovla “Keşlə”nin sabahı yoxdu. Kubokda uğura ümid etmək mənasızdı, 7-ci pillədən yuxarı qalxmaq da olmayacaq. Ukraynalı isə avrokuboka vəsiqə üçün bu posta təyin olunub. Məmmədov indidən yay planlarını cızsa, pis olmaz.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-21 01:18

“Yuventus”dan əzmkar heç-heçə

blank
Dünya futbolu2024-05-20 23:48

Hüseynovlu “Arda”dan doğma meydanda xal itkisi

blank
Digər idman növləri2024-05-20 22:57

Azərbaycan yığması Sloveniyaya yollandı

blank
Dünya futbolu2024-05-20 22:41

50 oyun həddinə çatan ən gənc futbolçu

blank
Digər idman növləri2024-05-20 22:19

Avropa çempionatının ilk günündə 2 final

blank
Dünya futbolu2024-05-20 21:30

Bundesliqanın ən yaxşı futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-20 21:23

Kompani yeni çağırış gözləyir

blank
Ölkə futbolu2024-05-20 21:09

“Şahdağ Qusar”la “Dinamo” mövsümə darmadağınla yekun vurdu

blank
Dünya futbolu2024-05-20 20:51

Slot rəsmən “Liverpul”da

blank
Digər idman növləri2024-05-20 20:00

Hidayət Heydərov dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-20 19:46

Əvəzedicilər Liqasının qalibi müəyyənləşdi

blank
AÇ-20242024-05-20 19:31

38 yaşlı Modriç milliyə çağırıldı

blank
Ölkə futbolu2024-05-20 19:16

Karyerasında ilk dəfə dubla imza atdı

blank
Dünya futbolu2024-05-20 19:00

“Mançester Siti”nin qapıçısı Amerika kubokunda iştirak edə bilməyəcək

blank
Ölkə futbolu2024-05-20 18:40

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-05-20 18:22

AGF rəsmisi beynəlxalq seminara dəvət alıb

blank
Ölkə futbolu2024-05-20 18:06

“Sumqayıt”ın stadionunda “açıq qapı”

blank
Milli komanda2024-05-20 17:51

Millimiz yoldaşlıq turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-20 17:37

Azərbaycanın kata üzrə komandalarında yeni baş məşqçi

blank
Digər idman növləri2024-05-20 17:20

Azərbaycan gimnastlarından Dünya Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-20 17:05

Cokoviç Belqrad derbisində

blank
Digər idman növləri2024-05-20 17:00

“Ferrari” rəhbəri qələbə perspektivinə inanır

blank
Digər idman növləri2024-05-20 16:48

İlin ən yaxşı oyunçusu Olimpiadada iştirakından əmin deyil

blank
Digər idman növləri2024-05-20 16:31

Məşhur basketbolçu qaçarkən sərhəddə yaxalandı

blank
Dünya futbolu2024-05-20 16:30

“Bayern” italiyalılardan imtina edib

blank
Ölkə futbolu2024-05-20 16:14

“Sabah”ın daha bir komandası çempion oldu – VİDEO

blank
Dünya futbolu2024-05-20 16:00

Mukiele və Soler satılacaq

blank
Dünya futbolu2024-05-20 15:45

Foden “Mançester Siti”nin tarixinə düşdü

blank
Digər idman növləri2024-05-20 15:30

Azərbaycan yığması yarımfinalda məğlub oldu

blank
Digər idman növləri2024-05-20 15:16

“Növbəti hədəfim Parisdəki paralimpiadadır”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm