Ölkə futbolu
“Sumqayıt” “Qarabağ”la oyuna tam heyətlə hazırlaşır
Topaz Premyer Liqasının 17-ci turunda “Keşlə”ni məğl…
Topaz Premyer Liqasının 17-ci turunda “Keşlə”ni məğlub edən “Sumqayıt” 1 günlük istirahətin ardından məşqləri bərpa edib.
Futbolinfo.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında saat 16:00-da “Sumqayıt Arena”da məşqə çıxıb. Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb. Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması martın 3-də “Sumqayıt Arena”da keçiriləcək və 18:30-da start götürəcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi