Dünya futbolu
6 illik diskvalifikasiya, 4 illik həbs cəzası gözləyir – MY-nin futbolçusunu
İngiltərənin “Mançester Yunayted” klubunun mərk…
İngiltərənin “Mançester Yunayted” klubunun mərkəz müdafiəçisi Ander Errera 4 illik həbs və 6 illik diskvalifikasiya ilə cəzalandırıla bilər.
Futbolinfo.az İngiltərə və İspaniya mətbuatına istinadən xəbər verir ki, onun adı İspaniyada danışılmış oyunlarda iştirakda hallandırılır. Hazırda bu məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Digər futbolçuların da iştirakçısı olduğu qalmaqalda hələlik başqa adlar açıqlanmır.
“The Daily Mail” nəşrinin iddiasına görə, araşdırmalar ilin sonuna kimi yekunlaşacaq. Məhkəmə isə ya bu ilin sonunda, ya da 2019-cu ilin əvvəlində yekun qərarını açıqlayacaq.
Xatırladaq ki, 28 yaşlı ispaniyalı futbolçu peşəkar karyerasına yetirməsi olduğu “Real Sosyedad”da başlayıb. 2011-ci ildən 2014-cü ilə qədər isə o, “Atletik”in formasını geyinib. Lakin onun konkret hansı komandanın heyətində, hansı oyunlara görə ittiham edildiyi açıqlanmır. İspaniya yığmasında da 1 oyun keçirmiş müdafiəçi MY-də 2014-cü ildən çıxış edir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq