Dünya futbolu
1/4 finalın daha bir iştirakçısı bəlli oldu
Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin tə…
Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin təkrar oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, reqlamentə görə qalib bir oyunda müəyyənləşir. Lakin komandalar 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilmədikdə, onların təkrar oynamasına qərar verilir. Bu mərhələnin cəmi iki cütü ilk oyunda qalibi müəyyənləşdirə bilməmişdi.
“Suonsi Siti” səfərdə qolsuz heç-heçəyə razılaşdığı “Şeffild Uensdey” ilə bu dəfə doğma meydanda qarşılaşıb. İki cavabsız qolla qalib gələn “Suonsi Siti” növbəti mərhələyə yüksəlib.
Digər təkrar oyunda isə “Tottenhem” evdə “Roçdeyl”lə üz-üzə gələcək. Bu komandaların ilk oyunu 2:2 hesabıyla başa çatmışdı.
Xatırladaq ki, daha öncə “Lester”, “Çelsi”, “Sauthempton”, “Brayton”, “Mançester Yunayted” və “Uiqan” klubları 1/4 finala vəsiqəni təmin etmişdi.
İngiltərə Kuboku
1/8 finalın təkrar oyunları
27 fevral
Suonsi Siti – Şeffild Uensdey 2:0 (ilk oyun 0:0)
28 fevral
23:45. Tottenhem – Roçdeyl (2:2)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq