Dünya futbolu
“Real”a qalib gəlib, 10 illik tilsimi qırdılar
“Espanyol” İspaniya La Liqasının 26-cı turunda doğma …
“Espanyol” İspaniya La Liqasının 26-cı turunda doğma meydanda “Real”a qalib gəlməklə (1:0) 10 illik tilsimi qırıb.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi 10 ildən çox idi ki, Madrid klubuna qalib gələ bilmirdi. “Espanyol”un bu rəqibi üzərində sonuncu qələbəsi 2007/08 mövsümündə, 2007-ci ilin 20 oktyabrında qeydə alınmışdı – 2:1. Həmin oyun da doğma meydanda baş tutmuşdu.
O dövrdən bəri kataloniyalılar “Real”la keçirdiyi 22 oyunda cəmi 3 heç-heçəyə nail olduğu halda, qalan bütün qarşılaşmalardan məğlub ayrılırdı. 11 oyun idi ardıcıl yenilgi ilə üzləşən “tutuquşular” tilsimi məhz ötən gecə qırdılar.
Qeyd edək ki, son ölkə çempionu olan “Real” cari mövsümdə uğursuz çıxışı ilə seçilir. “Espanyol”la oyunda bu mövsüm 5-ci məğlubiyyətinə üzülən madridlilər hazırda 51 xalla 3-cü pillədə qərarlaşıblar. “Espanyol” isə 31 xalla 13-cüdü.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq