Bizi izləyin

Müsahibə

Nika Kvekveskiri: “Mahir Mədətov məndən inciməsin…”

“Qəbələ”nin sabiq yarımmüdafiəçisi, hazı…

blank

“Qəbələ”nin sabiq yarımmüdafiəçisi, hazırda Qazaxıstanın “Tobol” klubunda çıxış edən Gürcüstan yığmasının futbolçusu Nika Kvekveskiri “Apasport”a müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Qazaxıstanda özünüzü necə hiss edirsiz? Azərbaycan üçün darıxırsızmı?
– Hər şey qaydasındadı. Qazaxıstana uyğunlaşmaq mənim üçün çətin olmadı. Azərbaycan isə həmişə ürəyimdədi, belə də qalacaq. Ölkənizi tərk etsəm də, futbolunuzu diqqətdə saxlayıram, çempionatı izləyirəm. Düzdü, Azərbaycan Premyer Liqasının bütün oyunlarına baxmaq imkanım yoxdu. Amma mətbuat vasitəsilə hər bir yenilikdən xəbər tuturam.

– “Qəbələ”ni “Tobol”a dəyişdiyinizə görə peşman deyilsiz?
– Xeyr, peşman deyiləm. Çünki Qazaxıstanda məni yaxşı qarşıladılar. Komandaya lazımlı olduğumu hiss edirəm. Burda məni qiymətləndirirlər. Digər tərəfdən, “Tobol”da oynamaqla əlavə təcrübə qazanıram. Çünki “Qəbələ”də olduğu kimi, yenə iddialı komandanın formasını geyinirəm. “Tobol” Kostanay vilayətinin siması və brendidi. 

– Sabiq komandanız “Qəbələ”nin oyununda qış fasiləsindən sonra nə kimi dəyişiklik var?
– Konkret nəyinsə dəyişdiyini demək mənə çətindi. Ancaq baş məşqçi Roman Qriqorçuk və futbolçuların əksəriyyətini tanıdığımdan, əminliklə deyə bilərəm ki, mənfiyə doğru dəyişiklik baş verməyib. Bu komandanın həmişə qələbə ehtirası olub.

– “Qəbələ” lider “Qarabağ”dan artıq 9 xal geri qalır. Sabiq komandanızın yenə çempionluq arzusuna çatmayacağını demək olarmı?
– Azərbaycan kimi, “Qəbələ” də həmişə ürəyimdə qalacaq. Nə vaxtsa oraya qayıdıb-qayıtmayacağımdan asılı olmayaraq, bu komandaya böyük hörmətim var. Odu ki, “Qəbələ”yə inanıram, çempionluq mübarizəsindən vaz keçməyəcəyinə əminəm. Klubun ən sadiq azarkeşi kimi, sona qədər “Qəbələ”yə dəstək olacam. Üstəlik, nəzəri cəhətdən hələ çempionluq şansları qalır.

– Azərbaycandan sizinlə maraqlanan, heyətində görmək istəyən klub varmı?
– “Tobol”la müqaviləm var. Bu kluba keçdiyim vaxtdan Azərbaycandan maraqlanan olmayıb. Ən azı, bu mövsüm “Tobol”da qalıb, komandaya hədəfinə çatmaqda kömək etmək istəyirəm. Amma bu, o demək deyil ki, Azərbaycana qayıtmaram. Ölkənizdən təklif gəlsə, sevinərəm. Çünki ailəm də Azərbaycanı sevir. Orda özümüzü evdəki kimi hiss edirdik.

– Keçmiş komanda yoldaşınız Baqali Dabo Azərbaycan çempionatının cari mövsümündə artıq 11 qol vurub və bombardirlik cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi, “Qarabağ”ın hücumçusu Mahir Mədətovun isə aktivində 8 qol var. Dabodan bu cür məhsuldarlıq gözləyirdizmi və onun mövsümü bombardir kimi bitirəcəyinə inanırsızmı?  
– Dabonu yaxşı tanıyıram və potensialına bələdəm. O, sağlamdısa, zədəli deyilsə, qarşısını almaq çox çətindi. Birlikdə oynadığımız vaxt Dabo ağır zədələr almışdı. Buna baxmayaraq, daha güclü vəziyyətdə qayıtmaq üçün üzərində dayanmadan çalışırdı və istəyinə çatırdı. Bunları gördüyümdən, Dabonun necə futbolçu olduğunu yaxşı bilirəm. Bombardirlər cədvəlinə liderlik etməsi məni sevindirir. İndi də onunla münasibətimiz var, tez-tez əlaqə saxlayırıq, çünki dostuq. Odu ki, Dabonun bombardir olmasını istərdim. Mahir məndən inciməsin, onun uğurları hələ qabaqdadı (gülür). Hesab edirəm ki, Mədətov hazırda Azərbaycanın ən istedadlı hücumçusudu. Ona da uğurlar arzulayıram.

– Artıq Qazaxıstan futboluna da yaxşı bələdsiz. Azərbaycan futbolundan nə ilə fərqlənir?
– Müqayisə etsək, Azərbaycan kimi Qazaxıstanda da iki dominant komandanın olduğunu deyə bilərəm. Digərləri isə demək olar ki, eyni gücdədi, onların oyununda kimin qalib gələcəyini əvvəldən təxmin etmək mümkün deyil. Azərbaycan çempionatında olduğu kimi, burda da bütün oyunlar çətin, gərgin mübarizə şəraitində keçir. Fərq ondadı ki, Qazaxıstanda daha çox güc futbolu oynanılır. Bir də burda bütün səfər oyunlarına təyyarə ilə gedirik. Tez-tez səfərlərin olması bərpa üçün vaxtı azaldır. Buna görə də, futbolçu özünü həmişə formada, tonusda saxlamalıdı.

– “Qarabağ” və “Qəbələ” Qazaxıstanın hansı komandaları ilə müqayisə oluna bilər?
– Hər komandanın öz oyun tərzi var. “Qarabağ” kimi, “Astana” da dominantdı. “Qarabağ”ın çempionluq mübarizəsində əsas rəqibi “Qəbələ”disə, “Astana”nın bir nömrəli rəqibi “Kayrat”dı.

– Martda Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilməli olan oyun təxirə salındı. Buna məyus olduzmu?
– Yaxşı ki, təxirə salındı. Çünki FİFA-nın “pəncərəsi”nə daxil olmadığından, həmin matçda oynamayacaqdım. Əvvəldən nə qədər desəm də, “Tobol” rəhbərliyi məni buraxmayacağını bildirmişdi. Oyunun başqa tarixdə keçirilməsi planlaşdırılır. Ümid edirəm ki, bu görüş baş tutacaq. Azərbaycana qarşı oynamaq mənim üçün çox maraqlı olacaq.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Premyer-liqa2024-04-21 16:31

“Kəpəz” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm