Ölkə futbolu
Yuri Maksimovun “Keşlə” karyerası bitdi – ÖZƏL
Bu qış “Keşlə”nin baş məşqçi postuna gətiri…
Bu qış “Keşlə”nin baş məşqçi postuna gətirilən Yuri Maksimovun paytaxt klubundakı fəaliyyəti uzun sürməyib.
Futbolinfo.az xəbər verir ki, bu gün ukraynalı mütəxəssis futbolçularla toplantı keçirib və onlarla vidalaşıb. Əldə etdiyimiz məlumata görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov ona işləməyə imkan vermir, müdaxilələr edir. Bu üzdən də Maksimov istefa vermək məcburiyyətində qalıb.
Maksimovun səbr kasasını daşıran isə Axundovun Topaz Premyer Liqasının 17-ci turunda keçirilmiş “Sumqayıt”la ev oyunundan sonra baş məşqçinin fikrini soruşmadan, maraqlanmadan iki gənc oyunçunu – Rafael Məhərrəmli və Əlibəy Məmmədlini əvəzedici komandaya göndərməsi olub.
Bütün bunlara görə bu gün komanda üzvləri ilə görüşən Maksimov onlarla vidalaşdıqdan sonra Ukraynaya qayıdacağını açıqlayıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq