I Liqa
AFFA-dan Divizion klubuna texniki məğlubiyyət
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Zaqatala” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın heyətində adı protokola qeyd olunmamış futbolçu iştirak etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 800 manat cərimə olunub.
“Binə” – “Xəzər” matçının 87-ci dəqiqəsində “Binə”nin futbolçusu Ramil Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Şüvəlan” matçında “Şüvəlan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Şüvəlan”ın futbolçusu Həşimi Mirkamil ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq