Ölkə futbolu
105 oyundu qol vurmayan azərbaycanlı
Topaz Premyer Liqasının 17-ci turu daha bir futbolçunun qol h…
Topaz Premyer Liqasının 17-ci turu daha bir futbolçunun qol hesabını açması ilə əlamətdar oldu.
Futbolinfo.az xəbər verir ki, “Zirə”nin Trinidad və Tobaqodan olan legioneri Evans Uilyams “Neftçi” ilə matçda fərqlənib.
O, nəinki özünün, ümumiyyətlə bu ada ölkəsindən olanların çempionatımızdakı ilk qoluna imza atıb. Evans bunu Premyer Liqadakı 3-cü qarşılaşmasında reallaşdırıb.
Amma elə oyunçular var ki, artıq neçə ildi çıxış etdiyi çempionatda qola həsrətdi. Təbii ki, söhbət qapıçı deyil, sahə oyunçularından gedir. Belələri də əsasən müdafiəçilərdi. Arxa xətt oyunçularının əsas işi qol vurmaq olmasa da, uzun müddət buna həsrət qalması diqqətdən yayınmır.
Cari mövsümdə meydana çıxan futbolçular arasında kifayət qədər qol hesabını açmayanlar var. Onlardan 6-sı 50 və ya daha çox matç keçirib. Antirekordçu isə Vüqar Bəybalayevdi. “Sumqayıt”ın üzvü 105 matçdı fərqlənmir. Elvin Camalov 83, Məqsəd İsayev 78, Azad Kərimov 64 matçlıq qol həsrətindədi. Sadiq Quliyev 61, Xəyal Nəcəfov isə 50 görüşdə meydana çıxsa da, qol üzünə həsrət qalıb. (Apasport)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq