Ölkə futbolu
“Neftçi”də “təmizləmə” başladı
“Neftçi”nin yeni prezidenti Kamran Quliyev islahatl…
“Neftçi”nin yeni prezidenti Kamran Quliyev islahatlara başlayıb. O, dünən 2 işçini postundan uzaqlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, adlar hələ açıqlanmır. Amma vəzifəsindən azad olunan hər 2 şəxs klubun akademiyasının üzvləridi. Yaxın günlərdə siyahı daha da genişlənəcək.
Son illər fəaliyyətində ciddi geriləmə olan akademiyada islahatlar qaçılmazdı. Çünki burada həddindən çox təsadüfi adam toplaşıb. Onların işi isə “Neftçi” kimi klubun tələblərinə cavab vermir. Bu səbəbdən yeni rəhbərliyin “təmizləmə”yə buradan başlaması gözləniləndi.
Ümumiyyətlə, yaya kimi klubda çox proseslər baş verəcək. İşçi sayında ciddi ixtisarlar həm də büdcəyə qənaətə, maliyyənin daha vacib sahələrə yönəldilməsinə xidmət edəcək.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq