Ölkə futbolu
Qurbanovla Qriqorçuk irəlilədi, Abbasov gerilədi
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyah?…
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, “clubworldranking” saytının təqdim etdiyi siyahıda Azərbaycandan üç məşqçi – Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.
Onlardan ən yaxşı göstərici Qurbanova məxsusdu. 45 yaşlı mütəxəssis 8 pillə irəliləyərək 1169 xalla 491-ci sırada qərarlaşıb. Qriqorçuk da 2 pillə irəliləyib və indi 255 xalla 939-cudu. Abbasov isə 2 pillə geriləyib. “Zirə”nin çalışdırıcısı 217 xalla 991-cidi.
Qeyd edək ki, reytinq siyahısına “Real”ın çalışdırıcısı Zinəddin Zidan (18467 xal) başçılıq edir. Renato Qauşo ("Qremio") 14174 xalla 2-ci, Ernesto Valverde ("Barselona") 13642 xalla 3-cü pillədə qərarlaşıb.