Dünya futbolu
Lionel Messi rekordunu yenilədi
Futbol üzrə Argentina yığmasının və İspaniya “Barsel…
Futbol üzrə Argentina yığmasının və İspaniya “Barselona” klubunun hücumçusu Lionel Messi yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"a qarşı matçda komandasının yeganə qolunun müəllifi olub. Qarşılaşmanın keçirildiyi “Estadio de Gran Canaria” stadionu isə ilk dəfə onun qoluna şahidlik edib. Bununla da Messi qol sevinci yaşadığı stadionların sayını 36-ya çatdırıb. Beləliklə, o, özünə məxsus olan rekordu yeniləyib.
Qeyd edək ki, bu göstəricidə ikinci pillədə "Real"ın sabiq hücumçusu Raul Qonzales (33 stadion) qərarlaşıb.