Bizi izləyin

Müsahibə

Rail Məlikov: “Əsas hədəfimiz kubokun qalibi olmaqdı”

"Sumqayıt"ın mətbuat xidmətinin sosial media üzəri…

blank

"Sumqayıt"ın mətbuat xidmətinin sosial media üzərindən başladığı rubrika davam edir. Futbolinfo.az xəbər verir ki, mütəmadi olaraq, "Sumqayıt"ın futbolçuları sosial şəbəkələrdən ünvanlanan sualları cavablandırmaqdadılar. Rubrikanın budəfəki qonağı müdafiəçi Rail Məlikovdu. 

Qeyd edək ki, 2016-cı ildən "Sumqayıt"ın şərəfini qoruyan Rail Məlikov komandanın heyətində Premyer Liqada 38 qarşılaşmada meydana çıxıb.

– Niyə məhz “Sumqayıt”ı seçdin?
– Komandanın qarşısına qoyulmuş məqsədi var idi. Milli komandada birlikdə oynadığım Samir Abasov da komandanın baş məşqçisi olduğu üçün həm ona kömək etməyə, həm də yaxşı bir komanda ərsəyə gətirməyə görə “Sumqayıt”ı seçdim.

– Gənc və istedadlı oyunçulardan qurulmuş komandanız var. Əsasən bəxtsizlik və sadə səhvlər ucbatından qol buraxırsınız. Bunu nə ilə əlaqələndirərdin?
– Futbol səhvlər üzərində qurulub. Bəxtsizlik ucbatından qol buraxanda da insan qarşısına məqsəd qoyur və öz üzərində işləyərək səhvlərini aradan qaldırmağa çalışır.

– Səni bu kluba bağlayan nədi?
– Artıq 2 ildi ki, bu klubdayam. Komandada adi işçisindən tutmuş azarkeşinədək gözəl bir ailə ortamı var. Məni bura bağlayan səbəblərdən biri və hətta birincisi də elə budu.

– Premyer Liqada hansı komandalara qarşı oynayan zaman daha çox həyəcan keçirirsən?
– “Neftçi”yə qarşı oyunlarda məsuliyyətim daha da artıq olur. Çünki, 5 il şərəfini qoruduğum komandanın 3 il kapitanı olmuşam. “Neftçi” ilə oyunlarda zəif təsir bağışlamaq istəmirəm.

– Ən bəyəndiyin müdafiəçi?
– Uşaqlıqda “Milan”ın əfsanəsi Paolo Maldininin azarkeşi olmuşam. Bir də “Bavariya”nın sağ cinah müdafiəçisi Samuel Kuffurun oyununu çox bəyənirdim.

– “Sumqayıt”da oynamasaydın, hansı komandanı seçərdin?
– Yenə də “Sumqayıt”ı seçərdim.

– Premyer Liqada ən çəkindiyin futbolçu kimdi?
– Çəkindiyim oyunçu yoxdu. Lakin, bəzi hücumçular var ki, onlara qarşı oynamaq çətin olur.

– Saç ustana nə qədər pul verirsən?
– Saç ustam Fəriddi. Sumqayıta gələndən saçlarımı onə əmanət etmişəm. 20 manata saçlarımı qaydasına salır.

– Türkiyədə hansı kluba azarkeşlik edirsən?
– İlyarım Türkiyədə “Dənizlispor”da çıxış etmişəm. Buna baxmayaraq, Türkiyənin heç bir klubuna azarkeşlik etmirəm. "Beşiktaş"ın sərgilədiyi futbolu isə bəyənirəm.

– "Barselona", yoxsa "Real" Madrid?
– "Barselona".

– “Sumqayıt” deyiləndə ağlına ilk nə gəlir?
– Gənc və istedadlı futbolçulardan qurulmuş komanda.

– Komandada sənə ən yaxın olan futbolçu?
– Buradakı futbolçuların hamısı mənə yaxındı. Lakin, ən birinci Fərhad Vəliyevlə məşqçi Samir Abasovu tanımışam. Millidə illərlə çiyin-çiyinə oynamışıq.

– "Sumqayıt" azarkeşləri sizə yaxşı dəstək ola bilirlər?
– Mənə görə çempionatda sidq-ürəkdən komandasını dəstəkləyən azarkeşlər “Sumqayıt”ın azarkeşləridi. Vaxtı ilə Lənkəranda, Tovuzda, hazırda isə Gəncədə də böyük azarkeş kütləsi olur. Amma bizim azarkeşlərimiz qədər ürəkdən komandaya bağlı olan ikinci bir kütlə görməmişəm. Biz də əlimizdən gələni edirik ki, hər oyunda onları qələbə ilə sevindirək. Bizim qazandığımız hər bir uğurda onların böyük rolu var.

– Dünyada ən çox çıxış etmək istədiyin klub?
– Uşaqlıqdan “Bavariya” azarkeşiyəm. Həmişə özümü bu klubda görmək istəmişəm. Arzularımdan biri də “Neftçi”də oynamaq idi, artıq o istəyimə çatmışam (gülür).

– Səncə “Sumqayıt” Azərbaycan kubokunu götürüb Avroliqaya vəsiqə qazana biləcək?
– Çempionatda da yer tutmaq istəyirik, amma əsas hədəfimiz kubokun qalibi olmaqdı. Azərbaycan kubokunu qazanaraq tarixdə bir ilki reallaşdırmaq istəyirik və Sumqayıt camaatını bu sevinci yaşatmaq ən böyük arzumuzdu. Çünki, bu klub, bu şəhər bu cür möhtəşəm uğurlara layiqdi.

– “Sumqayıt”ın məşqçisi olsaydın, hansı mövqeyi gücləndirərdin?
– Mənə görə “Sumqayıt”ın heç bir mövqeyini gücləndirməyə ehtiyac yoxdu.

– Gənclərlə ayaqlaşa bilirsən?
– Bu sualı gənclərə ünvanlasanız daha yaxşı olar. Bu kluba gələn gündən özümü ailə ortamında hiss etmişəm. Gənc futbolçularımız da böyük-kiçik yeri bilirlər, böyüklərin sözünü yerə salmırlar.

– Sənə görə Azərbaycanın ən güclü qapıçısı, yarımmüdafiəçisi və hücumçusu?
– Hazırda ən güclu qapıçı Fərhad Vəliyevdi. Çempionatın ən yaxşı formada olan, stabil qapıçısıdı. Yarımmüdəfiəçi Qara Qarayev, Rəşad Eyyubov və Cavid İmamverdiyev, hücumçu isə Mahir Mədətov və Amil Yunanovu qeyd edərdim.

– Azərbaycanın ən potensiallı stoperi?
– Gələcəyə böyük ümidlər verən stoper kimi Bəhlul Mustafazadəni görürəm. Onun xarici klubların birində çıxış etməsini çox istəyirəm. Çünki, xaricdə oynasa, daha da irəli gedə bilər və ölkəmizi layiqincə təmsil edə bilər. Bunu onun özünə də demişəm.

– Futbolçu olmasaydın, hansı peşəni seçərdin?
– Açığı bu barədə heç fikirləşməmişəm.

– Sonda “Sumqayıt”ın azarkeşlərinə sözün nədi?
– Bir nömrəli azarkeşlərimizə sözüm odu ki, həmişə bizi belə dəstəkləsinlər, bizimlə birgə nəfəs alsınlar. Çünki, bizim onların dəstəyinə ehtiyacımız var. Sumqayıt camaatının hər oyunda bizə dəstək olmasına çox sevinirəm. Sonuncu oyunda “Keşlə” səfərində az sayda olsalar belə, biz özümüzü rəqib meydanında hiss etmədik. Uğurlarımızda ən böyük pay sahibi azarkeşlərimizdi. Onlarla fəxr edirik.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm