Ölkə futbolu
“Qarabağ”la “Neftçi” də başsağlığı verdi
“Qarabağ” və “Neftçi” klubları da Re…
“Qarabağ” və “Neftçi” klubları da Respublika Narkoloji Mərkəzinin binasında baş vermiş yanğınla bağlı başsağlığı verib.
Futbolinfo.az xəbər verir ki, hər iki klubun rəsmi saytı vasitəsilə yayımlanan mətndə bunlar qeyd olunub:
“Qarabağ”: “Bu gün Respublika Narkoloji Mərkəzinin binasında güclü yanğın baş verib. Hadisə zamanı 30 pasiyent təxliyə edilib və 25 nəfər isə dünyasını dəyişib. “Qarabağ” FK dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, yaxınlarına “başınız sağ olsun” deyir, xəsarət alanlara isə ən qısa zamanda sağalmasını arzulayır. Allah rəhmət eləsin!”
“Neftçi”: “Neftçi” PFK Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”