Dünya futbolu
Daniel Alves üzr istədi – Davide Astori barədə sözlərinə görə
Fransanın PSJ klubunun müdafiəçisi Daniel Alves İtaliya…
Fransanın PSJ klubunun müdafiəçisi Daniel Alves İtaliya millisinin və "Fiorentina"nın futbolçusu Davide Astorinin ölümü barədə dediklərinə görə üzr istəyib.
Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçu Astorinin ölümü barədə mətbuata açıqlama verərkən onu yaxşı tanımadığını, hər gün acından ölən minlərlə uşağa da diqqət ayırmağın vacib olduğunu dilə gətirmişdi. Bu üzdən o, sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilmişdi. Bu üzdən də Alves “Twitter”dəki hesabından açıqlama yaymaqla üzr istəmək məcburiyyətində qalıb:
“Mən heç kimi incitmək istəməmişəm. Biz elə bir dünyada yaşayırıq ki, hər kəsə tənqidi yanaşmaq lazımdı. İstənilən halda, kimisə incitmişəmsə, üzr istəyirəm”.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi