Dünya futbolu
Terim Rüştünü qovdu
Türkiyə millisinin baş məşqçisi Fatih Terimlə yığma…
Türkiyə millisinin baş məşqçisi Fatih Terimlə yığma komandanın koordinatoru olan Rüştü Rəcbər arasında mübahisə yaranıb. Futbolinfo.az xəbər verir ki, millinin keçmiş qapıçısı Rəcbərin yığmanın düşərgəsi olan otelə gəlməsi təcrübəli mütəxəssisi əsəbiləşdirib.
Terim onun oteldən ayrılmasını tələb edib. Rüştü isə çalışdırıcının bu hərəkətini təəccüblə qarşılayıb. Terimin bu hərəkətinə səbəb kimi onun yığmanın keçmiş futbolçusunu koordinator olaraq görmək istəməməsi və bu vəzifəyə özünün seçəcəyi birini gətirmək planı göstərilir.
Qeyd edək ki, bu hadisənin ardından Türkiyə Futbol Federasiyasının (TFF) Rəcbərin postunda dəyişiklik edəcəyi gözlənilir.