Ölkə futbolu
“Qəbələ” Yaponiya və Meksika klubu ilə qarşılaşa bilər
“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət …
“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası iyunda beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Futbolinfo.az xəbər verir ki, Praqada keçiriləcək “Ulduzlar Kuboku 2018”in 12 iştirakçısı artıq bəlli olub.
Belə ki, Azərbaycan təmsilçisi, “Barselona” (İspaniya), PSJ (Fransa), “Porto” (Portuqaliya), “Beşiktaş” (Türkiyə) və “Zenit”dən (Rusiya) sonra Çexiyanın 3 komandası – “Slovaçko”, “Viktoriya”, “Dukla”, Almaniyadan “Herta”, həmçinin Meksikadan “Çivas” və Yaponiyadan “Avispa”nın 2002-ci il təvəllüdlü futbolçuları yarışa qatılacaq.
Turnirdə mübarizə aparacaq digər 4 komandanın kimliyi hələ bilinmir. Bütün iştirakçılar müəyyənləşdikdən sonra püşkatma mərasimi keçiriləcək və qrupların tərkiblərinə aydınlıq gələcək.
Qeyd edək ki, “Ulduzlar Kuboku 2018” turniri iyunun 15-dən 17-dək baş tutacaq. (Apasport)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq