Dünya futbolu
Komandası Paşayevin yoxluğunda xal itirdi
Futbol üzrə Ukrayna çempionatında 25-ci turun oyunları …
Futbol üzrə Ukrayna çempionatında 25-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Zirka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Millimizin düşərgəsindən zədəli qayıdan futbolçu matçın iştirak ərizəsinə daxil edilməyib.
"Aleksandriya" geridə qalan turlarda topladığı 26 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 2-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq